...

Putin qoşunlara dislokasiya yerlərinə qayıtmaq əmri verib

Dünya xəbərləri Materials 4 Mart 2014 11:05 (UTC +04:00)
Rusiya SQ-nin ali baş komandanı, Prezident Vladimir Putin hərbi təlimlərdə iştirak etmiş qoşun və birləşmələrə daimi dislokasiya yerlərinə qayıtmaq əmri verib.
Putin qoşunlara dislokasiya yerlərinə qayıtmaq əmri verib

Azərbaycan, Bakı, 4 mart /Trend/

Rusiya SQ-nin ali baş komandanı, Prezident Vladimir Putin hərbi təlimlərdə iştirak etmiş qoşun və birləşmələrə daimi dislokasiya yerlərinə qayıtmaq əmri verib. Trend-in İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

Peskovun sözlərinə görə, dünən təlimlərin uğurla keçməsi barədə Putinə məruzə edildikdən sonra "Rusiya Silahlı Qüvvələrinin ali baş komandanı, Prezident Vladimir Putin hərbi təlimlərdə iştirak etmiş qoşun və birləşmələrə daimi dislokasiya yerlərinə qayıtmaq əmri verib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti