...

Sevastopolda Ukrayna HDQ-nin qərargahı hücumla ələ keçirilib

Dünya xəbərləri Materials 19 Mart 2014 11:48 (UTC +04:00)
Sevastopolda Ukrayna Hərbi-Dəniz Qüvvələrinin (HDQ) qərargahı qarşısında keçirilən mitinqin iştirakçıları mühasirəni qıraraq hərbi hissənin ərazisinə zorla daxil olublar.
Sevastopolda Ukrayna HDQ-nin qərargahı hücumla ələ keçirilib

Azərbaycan, Bakı, 19 mart /Trend/

Sevastopolda Ukrayna Hərbi-Dəniz Qüvvələrinin (HDQ) qərargahı qarşısında keçirilən mitinqin iştirakçıları mühasirəni qıraraq hərbi hissənin ərazisinə zorla daxil olublar. Onlar qərargahın üzərində Rusiya və Andreyev bayraqlarını qaldırıblar. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü İTAR-TASS xəbər yayıb.

Yerli vaxtla səhər saat 08:00-da qərargahın binası qarşısında mitinq başlayıb, bir neçə yüz iştirakçı hasarı uçuraraq zorla içəri daxil olublar və bayraq ağaclarındakı bayraqları dəyişdiriblər.

Hal-hazırda Ukraynanın Hərbi-Dəniz Qüvvələrinin nümayəndələri ilə mitinq iştirakçıları arasında danışıqlar davam edir. Hərbi qulluqçulara qarşı zor tətbiq edilmir. Əməliyyatda Rusiyanın silahlı qüvvələri iştirak etmir.

Xatırladaq ki, çərşənbə axşamı, martın 18-də Rusiya və Ukraynanın Krım regionu Krımın və Sevastopol şəhərinin RF-nin tərkibinə keçməsi haqqında saziş imzalayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti