...

İran oğurlanmış sərhədçilərlə bağlı Pakistan səfirini çağırıb

Dünya xəbərləri Materials 26 Mart 2014 22:45 (UTC +04:00)
İranın Xarici İşlər Nazirliyi ölkənin beş sərhədçilərinin oğurlanması ilə bağlı Pakistan səfirini çağırıb.
İran oğurlanmış sərhədçilərlə bağlı Pakistan səfirini çağırıb

Azərbaycan, Bakı, 26 mart /Trend /

İranın Xarici İşlər Nazirliyi ölkənin beş sərhədçilərinin oğurlanması ilə bağlı Pakistan səfirini çağırıb. Bu barədə Trend İRNA agentliyinə istinadən çərşənbə günü xəbər verir.

Səfir günahkarları axtarılıb tapılması və tutulması, həmçinin onların İran tərəfinə verilməsi üzrə Pakistanı təxirəsalınmaz addımlar atmağa vadar etmək üçün çağırılıb.

2014-cü il fevralın əvvəlində İranın cənub-şərqindəki Sistan və Bəluçistan əyalətində naməlum şəxsdən ibarət silahlı qrup İranın beş sərhədçilərini oğurlayaraq Pakistana aparıb.

İSNA informasiya agentliyinin məlumatına görə, İran prezidenti Həsən Ruhani Pakistan hakimiyyətindən sərhədçilərin azad olunması üçün bütün tədbirlərin görülməsini tələb edib.

Xəbər lenti

Xəbər lenti