Azərbaycan, Bakı, 29 mart /Trend/
Krım tatar xalqının qurultayı krım tatarlarının müqəddəratını həll edilməsi ilə bağlı referendum keçirmək fikrindən daşınıblar.Trend RİA Novosti agentliyinə istinadən bu barədə Məclisinin sədri Refat Çebarov şənbə günü Baxçisarayda mətbuat konfransında bildirib.
Bundan öncə, Məclis rəhbərliyi martın 16-da keçirilmiş referenduma alternativ olaraq belə bir referendumun ideyası ilə çıxış edib.
"Yalnız ehtiyac yarandıqda krım tatar xalqının dəqiq mövqeyinin əldə edilməsində referendum keçiriləcək", - Çubarov deyib.
Bunun əvəzində tatarlar öz milli-ərazi muxtariyyətinin yaradılmasını tələb edəcəklər.
Krım tatar xalqının Qurultayın 6-ci çağırışının növbədənkənar 2-ci sessiyası martın 29-da Baxçisarayda (Krım respublikası) keçirilib. Krım tatar xalqının Qurultayı- milli qurultayı krım tatar xalqının yüksək səviyyəli səlahiyyətli orqanıdır.
Reqlamentə əsasən, Qurultaya seçkilər beş ildən bir keçirilir, Ukraynada daimi yaşayan və ya Ukrayna vətəndaşlığı olan bütün krım tatarları və onların ailə üzvləri, seçkilərdə iştirak edə bilərlər. Qurultayın tərkibinə 250 nəfər daxildir. Reqlamentə əsasən, onun sessiyası 2,5-ci ildə bir dəfədən az olmayaraq yığışmalıdır.