...

Dmitri Medvedev Krımdadır

Dünya xəbərləri Materials 31 Mart 2014 13:42 (UTC +04:00)
Rusiyanın Baş naziri Dmitri Medvedyev yarımadanın və Sevastopol şəhərinin inkişafı məsələlərini müzakirə etmək üçün Krıma gəlib. Baş nazir müşavirədən əvvəl Simferopoldakı sosial obyektlərə baş çəkmək niyyətindədir. Trend-in məlumatına görə, xəbəri RİA “Novosti” yayıb.
Dmitri Medvedev Krımdadır

Azərbaycan, Bakı, 31 mart /Trend/

Rusiyanın Baş naziri Dmitri Medvedev yarımadanın və Sevastopol şəhərinin inkişafı məsələlərini müzakirə etmək üçün Krıma səfər edib. Baş nazir müşavirədən əvvəl Simferopoldakı sosial obyektlərə baş çəkmək niyyətindədir. Trend-in məlumatına görə, xəbəri RİA Novosti yayıb.

Rusiya hökuməti başçısının səfəri Krımın və Sevastopolun Rusiyanın tərkibinə daxil edilməsindən on gün sonra baş tutub. Medvedev Krımın və Sevastopolun sosial-iqtisadi inkişafı üzrə iclas keçirəcək. Bundan başqa, hökumətin başçısı Sevastopola da səfər edəcək.

Rusiyanın Baş naziri yarımadaya səfər etmək niyyətini Krım nümayəndələrinin iştirakı ilə keçirilən mədəniyyət işçilərinin iclasında bəyan edib. Artıq ötən həftə Rusiya hökumətinin üzvləri - müdafiə naziri Sergey Şoyqu, FHN rəhəbri Vladimir Puçkov, əmək naziri Maksim Topilin yarımadaya səfər ediblər. RF Prezidentinin mətbuat katibi Dmitri Peskov öz növbəsində xəbər verib ki, yaxın vaxtlarda dövlət başçısının Krıma səfər etmək planı yoxdur.

Qeyd edək ki, martın 16-da Krımda muxtar respublikanın statusu haqqında referendum keçirilib. Martın 18-də isə Rusiya və Ukraynanın Krım regionu Krımın və Sevastopol şəhərinin RF-nin tərkibinə daxil olması haqqında saziş imzalayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti