...

Ukraynanın sabiq Baş naziri Azarov barəsində axtarış elan edilib

Dünya xəbərləri Materials 17 Aprel 2014 01:06 (UTC +04:00)
Ukraynanın sabiq Baş naziri Nikolay Azarov barəsində axtarış elan edilib.
Ukraynanın sabiq Baş naziri Azarov barəsində axtarış elan edilib

Azərbaycan, Bakı, 17 aprel /Trend/

Ukraynanın sabiq Baş naziri Nikolay Azarov barəsində axtarış elan edilib. Trend RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukraynanın baş prokurorunun vəzifəsini icrə edən Oleq Maxnitski bildirib.

"Azarov barədə iş açılıb, xüsusilə də bu hakimiyyətdən və xidməti vəzifəsindən sui-istifadə edilməsindən bir epizoddur. Cinayət işi başa çatıb, ona şübhələr barədə elan olunub və həmçinin barəsində axtarış elan edilib", - Maxnitskiy deyib.

Onun sözlərinə görə, həmin şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti