Azərbaycan, Bakı, 16 may /Trend/
Rusiyanın ən güclü əlaqə peyki "Ekspress-AM4R" ilə Baykonur kosmodromundan buraxılmış "Proton" raketi Qazaxıstanın xaricində düşüb. Trend RİA Novosti agentliyinə istinadən bu barədə raket-kosmik sahədəki mənbə bildirib.
"Rusiyanın ən güclü əlaqə peyki ilə olan "Proton" raket-daşıyıcının düşməsi Qazaxıstanın xaricində üçüncü pillənin işi sahəsində baş verib", - agentliyin həmsöhbəti deyib.
RİA xəbər agentliyinin mənbəyi əlavə edib ki, hələlik düşmə ilə əlaqədar qurbanlar və dağıtmalar haqqında məlumat yoxdur.
Roskosmosun məlumatına görə, raket atmosferin üst qatlarında olanda, "Proton"un üçüncü pilləsinin işi zamanı qəza baş verib.
"Raket-daşıyıcının üçüncü pilləsinin işi mərhələsində çıxartma zamanı ştatdankənar vəziyyət yaranıb və "Ekspress-AM4R" kosmik aparatı orbitə çıxarılmayıb. Hal-hazırda dövlət komissiyasının nümayəndələri telemetrik informasiyanı təhlil edirlər və ştatdankənar vəziyyətin yaranmasının səbəblərini müəyyənləşdirirlər", - Roskosmos rəhbərinin mətbuat katibi deyib.
Fövqəladə hadisə uçuşun 540-cı saniyəsində baş verib.
Qəza səbəblərinin müəyyənləşdirilməsi üçün yaxın vaxtlarda xüsusi komissiya yaradılacaq.