...

Makao limanında bərə dalğaqırana çırpılıb, 50-dən artıq insan xəsarət alıb

Dünya xəbərləri Materials 13 İyun 2014 12:27 (UTC +04:00)
ÇXR-in Makao xüsusi inzibati rayonundakı limanda sərnişin bərəsi dalğaqırana çırpılıb, nəticədə 57 nəfər xəsarət alıb.
Makao limanında bərə dalğaqırana çırpılıb, 50-dən artıq insan xəsarət alıb

Azərbaycan, Bakı, 13 iyun /Trend/

ÇXR-in Makao xüsusi inzibati rayonundakı limanda sərnişin bərəsi dalğaqırana çırpılıb, nəticədə 57 nəfər xəsarət alıb. Bu barədə cümə günü "South China Morning Post" nəşri Makaonun Dəniz və Su Təsərrüfatı İdarəsinə istinadən xəbər verib. Trend-in məlumatına görə, xəbəri RİA Novosti yayıb.

İçərisində 220 sərnişinin və 13 ekipaj üzvünün olduğu Honkonqa gedən "Cacilhas" sərnişin sürət bərəsi yerli vaxtla səhər saat 9:30-da dalğaqıran bəndlə qoqquşub, bundan sonra bərə sağ böyrü üstə əyilib. Toqquşma anında bərə saatda 60 kilometr sürətlə hərəkət edirmiş.

İdarənin mətbuat katibi deyib: "İlkin məlumata görə, toqquşmadan sonra bərənin burun hissəsində dəlik əmələ gəlib. Gəmi qəzaya uğradıqdan sonra bir tərəfi üstə əyilib, saya oturub və bir qədər suya batıb".

Qəzadan sonra hadisə yerinə 4 xilasedici gəmi gəlib. Son məlumatlara görə, xəsarət alanlar cüzi zədə alıblar. Yalnız kapitan ciddi xəsarət alıb.

Makao hakimiyyəti təhqiqatlara başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti