...

Moskvada metro qəzasında ölənlərin sayı 20 nəfərə çatıb

Dünya xəbərləri Materials 15 İyul 2014 17:57 (UTC +04:00)
Trend Rusiya KİV-nə istinadən xəbər verir ki, bundan əvvəl 19 nəfərin öldüyü xəbər verilirdi.
Moskvada metro qəzasında ölənlərin sayı 20 nəfərə çatıb

Məlumat yenilənib. (əvvəlki xəbər saat 16:13-də yayılıb)

Azərbaycan, Bakı, 15 iyul /Trend/

Son məlumatlara görə, Moskva metrosunda ölənlərin sayı 20 nəfərə çatıb.

Trend Rusiya KİV-nə istinadən xəbər verir ki, bundan əvvəl 19 nəfərin öldüyü xəbər verilirdi.

150-yə yaxın insanın yaralandığı xəbər verilir.

Xatırladaq ki, çərşənbə axşamı səhər pik saatda "Park Pobedı"- "Slavyanskiy bulvar" stansiyaları arasındakı yolda 3 vaqon relsdən çıxıb. Qəzanın səbəbləri hələlik aydın deyil: paytaxt xilasediciləri elektrik xətlərində gərginliyin kəskin dəyişməsi, Moskva metropoliteni tüstülənmə haqqında danışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti