...

BAEA rəhbəri İrana gəlib

Dünya xəbərləri Materials 17 Avqust 2014 12:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 avqust /Trend/

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Yukiya Amano İran rəhbərliyi ilə danışıqlarda iştirak etmək üçün bazar günü səhər Tehrana gəlib. Trend İRNA agentliyinə istinadən bu barədə məlumat verir.

Səfər zamanı o, İran prezidenti Həsən Ruhani, həmçinin İranın XİN rəhbəri Məhəmməd Cavad Zərif və nüvə enerjisi üzrə təşkilatının rəhbəri Əli Əkbər Salehi ilə görüşəcək.

Tərəflər İran və BAEA arasında əməkdaşlığı müzakirə edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti