...

ABŞ hərbçilərinin 70%-dən çoxu Suriyadakı "İslam Dövləti"nə qarşı mübarizədə qoşunların yeridilməsinin əleyhinədir

Dünya xəbərləri Materials 29 Sentyabr 2014 06:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 sentyabr /Trend/

ABŞ hərbçilərinin 70%-dən çoxu Suriyadakı "İslam Dövləti"nə qarşı mübarizədə qoşunların yeridilməsinin əleyhinə səs verib. Trend Ria Novosti agentliyinə istinadən bu barədəTime portalı məlumat verir.

Military Times-ın sorğusu göstərib ki, ABŞ hərbçilərinin on nəfərdən yeddisi "İraqda təhlükəsizlik qüvvələrinə dəstək üçün quru qoşunlarının istifadə olunmasına" qarşı olublar, bu zaman çoxları də şübhə edirlər ki, ABŞ ordusu İraqda öz hərbi hərəkətləri ilə nəyəsə nail ola bilib.

ABŞ silahlı qüvvələri nümayəndələrinin 60% -i bildiriblər ki, İraqdakı müharibə uğurlu olmayıb, yalnız 30% əks nöqteyi-nəzəri dəstəkləyib, halbuki 2013-ci ildə bu fikri respondentlərin müvafiq olaraq 30% və 53% idi.

Xəbər lenti

Xəbər lenti