...

Rusiya hökuməti Ermənistanın Avrasiya İttifaqına qoşulmasını bəyənib

Dünya xəbərləri Materials 18 Noyabr 2014 13:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 noyabr /Trend/

Rusiya hökumətinin Qanun layihələrinin fəaliyyəti komissiyası Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulması haqqında müqavilənin ratifikasiyası üzrə qanun layihəsini bəyənib. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

XİN və İqtisadi İnkişaf Nazirliyi tərəfindən təqdim edilən qanun layihəsinə hökumətin iclasında baxılacaq.

Məlumatda deyilir: "Müqavilənin qüvvəyə minməsi 2015-ci il yanvarın 2-dən Ermənistanın Avrasiya İqtisadi ittifaqında iştirakını təmin edəcək və müqavilənin iştirakçısı olan dövlətlərin bazarlarına sahibkarlıq fəaliyyəti subyektlərinin qarşılıqlı girişinə mane olan əngəllərin aradan qaldırılması, istisnaların və məhdudiyyətlərin ixtisarı prosesinə başlamağa imkan verəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti