Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir Təmkin Cəfərov/
Bu gün səhər İranın Bojnoord şəhəri yaxınlığında Məşhəddən Babul şəhərinə gedən avtobus yük maşını ilə toqquşub.
Trend-in İRNA agentliyinə istinadən məlumatına görə, hadisə nəticəsində 10 nəfər həlak olub, 18 nəfər yaralanıb.
Məlumata əsasən, yaralılardan 6 nəfərin vəziyyəti ağırdır.