...

Yəmən paytaxtında partlayış qurbanlarının sayı 50-yə çatıb

Dünya xəbərləri Materials 7 Yanvar 2015 11:28 (UTC +04:00)
Çərşənbə günü Yəmənin paytaxtı Sənada polis məktəbinin yaxınlığında baş verən partlayışda ən azı 50 nəfər həlak olub, onlarla adam yaralanıb.
Yəmən paytaxtında partlayış qurbanlarının sayı 50-yə çatıb

Azərbaycan, Bakı, 7 yanvar /Trend/

Çərşənbə günü Yəmənin paytaxtı Sənada polis məktəbinin yaxınlığında baş verən partlayışda ən azı 50 nəfər həlak olub, onlarla adam yaralanıb. Trend xəbər verir ki, bu barədə RİA Novosti "Sky News Arabia" telekanalına istinadən məlumat yayıb.

Bundan əvvəl güc strukturlarındakı mənbənin Assoşieyted Press agentliyinə verdiyi məlumata görə, intiharçı partlayıcı ilə dolu mikroavtobusu partladıb. İlkin məlumatlara görə, partlayış tədris müəssisəsinin qarşısında onlarla abituriyentin toplaşdığı anda baş verib.

Hadisə yerinə təcili yardım briqadaları gəlib. Hazırda ərazi polis tərəfindən tam mühasirəyə alınıb, təhqiqat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti