...

Partlayış təhlükəsi səbəbindən "Marmaray" tunelində hərəkət dayandırıldı

Dünya xəbərləri Materials 19 Yanvar 2015 18:06 (UTC +04:00)
Türkiyədə partlayış təhlükəsi səbəbindən “Marmaray” dəmir yolu tunelində hərəkət dayandırılıb.
Partlayış təhlükəsi səbəbindən "Marmaray" tunelində hərəkət dayandırıldı

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyədə partlayış təhlükəsi səbəbindən "Marmaray" dəmir yolu tunelində hərəkət dayandırılıb. Bu barədə Trend "Kanal7" telekanalına istinadən xəbər verir.

Məlumata görə, stansiyalardan birində partlayıcı qurğuya oxşayan şübhəli bağlama aşkar edilib. Bununla bağlı sərnişinlər təxliyə edilib.

Lakin təhlükəsizlik qüvvələri tərəfindən aparılan yoxlama zamanı şübhəli bağlamanın sərnişinlərdən birinin unutduğu çanta olduğu məlum olub.

Yoxlamadan sonra tuneldə hərəkət bərpa edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti