...

Türkiyədə baş vermiş zəlzələ əhali arasında təşvişə səbəb olub

Dünya xəbərləri Materials 23 Yanvar 2015 16:32 (UTC +04:00)
Türkiyənin şimal-qərbindəki Bursa vilayətində Rixter cədvəli üzrə 4,5 bal gücündə zəlzələ baş verib.
Türkiyədə baş vermiş zəlzələ əhali arasında təşvişə səbəb olub

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin şimal-qərbindəki Bursa vilayətində Rixter cədvəli üzrə 4,5 bal gücündə zəlzələ baş verib. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən xəbər verir.

Türkiyənin Boğaziçi Universitetinin Qəndilli Rəsədxanasının və ölkənin Seysmik Araşdırmalar İnstitutunun məlumatına görə, yeraltı təkanlar yanvarın 23-də yerli vaxtla saat 12:19-da baş verib.

İlkin məlumatlara görə, tələfat və dağıntı yoxdur. Zəlzələ əhali arasında təşviş doğurub.

Yeraltı təkanlar İstanbulda da hiss olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti