...

Türkiyədə yeni körpələr evindən 5 il vergi alınmayacaq

Dünya xəbərləri Materials 27 Yanvar 2015 17:30 (UTC +04:00)
Türkiyədə yeni açılacaq körpələr evindən 5 il ərzində gəlir və mənfəət vergisi alınmayacaq.
Türkiyədə yeni körpələr evindən 5 il vergi alınmayacaq

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir Məftun Salmanov/

Türkiyədə yeni açılacaq körpələr evindən 5 il ərzində gəlir və mənfəət vergisi alınmayacaq.

Trend-in "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə parlamentinə təqdim edilmiş "Ailənin və dinamik əhali strukturunun qorunması" paketində deyilir.

Qanun layihəsi qüvvəyə mindikdən sonra bunun tətbiqinə başlanılacaq.

Bundan başqa, 3 yaşı tamam olmamış uşağı övladlığa götürmüş məmura 8 həftə ödənişli, 24 aya qədər də ödənişsiz icazə verilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti