Türkiyənin cənub-qərbində baş vermiş daşqınlara görə əhali təxliyə edilir

Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyənin cənub-qərbindəki Ədirnə vilayətində daşqın baş verib. Bu barədə Trend çərşənbə axşamı "TRT Haber" telekanalına istinadən məlumat verir.
Güclü yağışların yağması nəticəsində vilayətin ərazisindən keçən çaylar məcrasından çıxıb.
Vilayətin bir sıra rayonlarında əhali təxliyə edilib.