...

Olland və Merkel Ukraynaya gedirlər

Dünya xəbərləri Materials 5 Fevral 2015 15:00 (UTC +04:00)
Fransa Prezidenti Fransua Olland və Almaniya Kansleri Angela Merkel fevralın 5-də günün ikinci yarısında Kiyevə yola düşəcəklər.
Olland və Merkel Ukraynaya gedirlər

Azərbaycan, Bakı, 5 fevral /Trend/

Fransa Prezidenti Fransua Olland və Almaniya Kansleri Angela Merkel fevralın 5-də günün ikinci yarısında Kiyevə yola düşəcəklər.

Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, Fransa lideri Parisdə mətbuat konfransında deyib ki, səfərdə məqsəd Ukrayna Prezidenti Petro Poroşenko ilə danışıqlar aparmaqdır.

O, qeyd edib ki, fevralın 6-da Moskvaya da səfər edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti