...

Rusiya, Fransa və Almaniya liderləri "Ukrayna qazanı"nın altını söndürmək istəyirlər

Dünya xəbərləri Materials 5 Fevral 2015 15:21 (UTC +04:00)
Vladimir Putin, Fransua Olland və Angela Merkel cümə günü Moskvada Ukraynadakı vətəndaş müharibəsinin tezliklə dayandırılması üçün nə etmək mümkün olduğunu müzakirə edəcəklər.
Rusiya, Fransa və Almaniya liderləri "Ukrayna qazanı"nın altını söndürmək istəyirlər

Azərbaycan, Bakı, 5 fevral /Trend/

Rusiya və Fransa prezidentləri Vladimir Putin və Fransua Olland, Almaniya Kansleri Angela Merkel cümə günü Moskvada Ukraynadakı vətəndaş müharibəsinin tezliklə dayandırılması üçün nə etmək mümkün olduğunu müzakirə edəcəklər. Trend xəbər verir ki, bu barədə RİA Novosti-yə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, qeyd edib: "Həqiqətən də sabah Putin, Merkel və Olland arasında danışıqların planlaşdırıldığını təsdiqləyirəm. Üç dövlətin lideri Ukraynanın cənub-qərbində son günlər xüsusilə kəskinləşən və çoxlu sayda insanın həlak olmasına səbəb olan vətəndaş müharibəsinin tezliklə dayandırılması üçün konkret olaraq nə etmək mümkün olduğunu müzakirə edəcəklər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti