Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyənin cənubunda dörd vilayətdə zəlzələ baş verib. Bu barədə Trend çərşənbə axşamı "TRT Haber" telekanalına istinadən xəbər verir.
Türkiyənin Boğaziçi Universitetinin Qəndilli Rəsədxanasının və ölkənin Seysmik Araşdırmalar İnstitutunun məlumatına görə, yeraltı təkanlar fevralın 10-da Hatay, Antalya, Şanlıurfa və Tuncelidə Rixter şkalası üzrə 4,6 bal gücündə qeydə alınıb.
İlkin məlumatlara görə, tələfat və dağıntı yoxdur.
Zəlzələ əhali arasında təşviş doğurub.