...

Ermənistanda boşananların sayı 30 faiz artıb

Dünya xəbərləri Materials 17 Fevral 2015 12:09 (UTC +04:00)
Erməni ailəsinin dayaqlarının saxlanılması üçün sanballı mexanizmlər hazırlamaq lazımdır.
Ermənistanda boşananların sayı 30 faiz artıb

Azərbaycan, Bakı, 17 fevral /Trend/

Erməni ailəsinin dayaqlarının saxlanılması üçün sanballı mexanizmlər hazırlamaq lazımdır. Trend xəbər verir ki, bu barədə Novosti-Armeniyaya ölkənin ədliyyə naziri Ovanes Manukyan boşanmalarla bağlı vəziyyəti şərh edərkən bildirib.

2012-ci illə müqayisədə 2014-cü ildə boşanmaların sayının 30 faiz artması ilə bağlı suala cavab verən nazir deyib ki, son zamanlar dünyada nikah institutunun zəifləməsi müşahidə olunur. Ovanesyan hesab edir ki, lakin oxşar mənzərənin başqa ölkələrə də xas olması qətiyyən təsəlli vermir.

Onun sözlərinə görə, hər bir ölkə bu məsələni özünəməxsus şəkildə həll etməyə çalışır. Misal üçün, Almaniyada boşanma kifayət qədər bahalı prosesdir və bu ölkədə boşanmanın səviyyəsinin aşağı olması da bununla şərtlənir. Digər ölkələrdə, o cümlədən Ermənistanda cütlüklərə bu addımı atmazdan əvvəl düşünməyə vaxt verilir. Bununla yanaşı, Avropanın bir çox ölkələrində çox evlilik artıq normaya çevrilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti