...

"Azercell"in sabiq prezidenti Moldovanın Baş naziri oldu

Dünya xəbərləri Materials 18 Fevral 2015 20:57 (UTC +04:00)
Moldova Parlamenti Kirill Qaburiçin Baş nazir vəzifəsinə namizədliyini təsdiq edib.
"Azercell"in sabiq prezidenti Moldovanın Baş naziri oldu

Azərbaycan, Bakı, 18 fevral /Trend/

Moldova Parlamenti Kirill Qaburiçin Baş nazir vəzifəsinə namizədliyini təsdiq edib.

Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, parlament yeni Baş nazirin təqdim etdiyi proqramı və hökumətin yeni tərkibini də təsdiq edib.

Qeyd edək ki, iqtidar koalisiyasına daxil olan Liberal-Demokratlar Partiyası bundan əvvəl Prezident Nikola Timoftiyə Baş nazir vəzifəsinə K.Qaburiçin namizədliyini təqdim etmişdi.

Xatırladaq ki, 38 yaşlı K.Qaburiç 2012-2014-cü illərdə Azərbaycanda "Azercell" şirkətinin prezidenti olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti