...

Putin: "Biabırçılıqdan və faciədən qurtarmaq lazımdır"

Dünya xəbərləri Materials 4 Mart 2015 15:07 (UTC +04:00)
Rusiya hüquq-mühafizə orqanları Boris Nemtsovun qətli kimi siyasi xarakterli cinayətlərin açılmasına çox ciddi diqqət yetirməlidir.
Putin: "Biabırçılıqdan və faciədən qurtarmaq lazımdır"

Azərbaycan, Bakı, 4 mart /Trend/

Rusiya hüquq-mühafizə orqanları Boris Nemtsovun qətli kimi siyasi xarakterli cinayətlərin açılmasına çox ciddi diqqət yetirməlidir. Trend-in Rusiya KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

Putin deyib ki, Rusiyanı gələcəkdə bu cür faciələrin baş verməsindən qorumaq lazımdır: "Səs-küylü cinayətlərə, o cümlədən siyasi xarakterli olanlara çox ciddi diqqət yetirilməlidir. Rusiyanı nəhayət ki, bu yaxınlarda gördüyümüz və yaşadığımıza bənzər biabırçılıqdan və faciədən qurtarmaq lazımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti