...

Dubayda "Gələcəyin muzeyi" tikiləcək

Dünya xəbərləri Materials 5 Mart 2015 14:55 (UTC +04:00)
BƏƏ-nin Baş naziri və Dubayın başçısı şeyx Məhəmməd bin Rəşid əl Maktum "Gələcəyin muzeyi"nin planını açıqlayıb.
Dubayda "Gələcəyin muzeyi" tikiləcək

Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir Tural Turan/

BƏƏ-nin Baş naziri və Dubayın başçısı şeyx Məhəmməd bin Rəşid əl Maktum "Gələcəyin muzeyi"nin planını açıqlayıb. Bu barədə Trend xarici mətbuata istinadən xəbər verir.

Bu muzeydə dünyanın ən vacib innovasiya texnologiyaları nümayiş etdiriləcək. Muzeydə elmi konfranslar, kurslar və master-klasslar keçiriləcək.

Muzeyin şüarı belədir: "Gələcəyə bax və yarat".

Muzey "Emirates Towers" qülllələrində yerləşəcək və 2017-ci ildə açılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti