Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyənin Van vilayətində "Tac" virusuna yoluxma ilə bağlı 3 fakt aşkarlanıb. Trend-in "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, yoluxanlardan ikisi qadındır.
Məlumata görə, yoluxanların hamısı Türkiyə vətəndaşıdır və daha əvvəl Səudiyyə Ərəbistanından ümrə ziyarətindən gəliblər.
Hadisənin təfərrüatları barədə məlumat verilmir.