...

Türkiyədə elektrik enerjisi şirkətinin rəhbəri istefa verdi

Dünya xəbərləri Materials 6 Aprel 2015 14:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin elektrik enerjisinin verilişi üzrə dövlət şirkətinin (TEİAS) rəhbəri Kamal Yıldır istefa verib.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, o bu yaxınlarda magistral elektrik enerjisi xəttində qəzanın baş verməsi ilə əlaqədar istefa verib.

Qeyd edək ki, martın 31-də İstanbul, Ankara və İzmir kimi şəhərlərdə elektrik enerjisinin verilişi dayandırılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti