...

Türkiyənin Los-Ancelesdəki konsulluğunda təhlükəsizlik tədbirləri artırılıb

Dünya xəbərləri Materials 24 Aprel 2015 11:45 (UTC +04:00)
Türkiyənin Los-Ancelesdəki konsulluğunda təhlükəsizlik tədbirləri artırılıb
Türkiyənin Los-Ancelesdəki konsulluğunda təhlükəsizlik tədbirləri artırılıb

Azərbaycan, Bakı, 24 aprel /Trend,

Türkiyənin Los-Ancelesdəki konsulluğunda təhlükəsizlik tədbirləri artırılıb. Bu barədə Trend Türkiyənin "Milliyet" qəzetinə istinadən məlumat verir.

Məlumata əsasən təhlükəsizlik tədbirlərinin artırılmasına səbəb erməni lobbisinin konsulluq qarşısında 1915-ci il hadisələri ilə əlaqədar aksiya keçirmə istəyində olmasıdır.

Qeyd edək ki, Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı "soyqırım" törədib. Ermənilərin təbliğatı nəticəsində bir sıra ölkələrin parlamentləri qondarma "erməni soyqırım"nı tanıyıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti