...

Yerevanda amansızcasına dağıdılan mitinqdə saxlanılanlar arasında jurnalistlər də var

Dünya xəbərləri Materials 23 İyun 2015 11:11 (UTC +04:00)
Yerevanda mitinqin amansız dağıdılması zamanı saxlanılanlar arasında jurnalistlər var.
Yerevanda amansızcasına dağıdılan mitinqdə saxlanılanlar arasında jurnalistlər də var

Azərbaycan, Bakı, 23 iyun /Trend/

Yerevanda mitinqin amansız dağıdılması zamanı saxlanılanlar arasında jurnalistlər var. Trend bu barədə ARKA-ya istinadən xəbər verir.

Bu gün səhər saatlarında Ermənistan polisi Yerevanın mərkəzində elektrik enerjisi qiymətlərinin qaldırılmasına etiraz əlaməti olaraq keçirilən aksiyanı dağıdıb.

Yerli mətbuat orqanlarının məlumatına əsasən, müxtəlif polis şöbələrinə aparılan jurnalistlər arasında "Qala" şirkəti, Azadlıq Radiosunun Ermənistan xidməti, "Aykakan jamanak" qəzeti, "NETQ" nəşri, news.am, panarmenian.net saytlarının əməkdaşları var.

Bundan başqa, onlarla aksiya iştirakçısı saxlanılıb.

Hüquq-mühafizə orqanları saxlanılanların sayı barədə məlumat veriləcəyini bildirib.

Ermənistan mətbuatında xəsarət alanlar barədə xəbərlər də yer alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti