...

“Elektriçeskie seti Armenii” şirkətinin direktoru iğtişaşlar zamanı Moskvaya yollandı

Dünya xəbərləri Materials 25 İyun 2015 11:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyun /Trend/

"Elektriçeskie seti Armenii" (ESA) şirkətinin baş direktoru Yevgeni Bibin qeyri-müəyyən müddətə Moskvaya gedib. Trend "Novosti Armenii" qəzetinə istinadən xəbər verir ki, bu barədə "Joxovurd" qəzeti məlumat yayıb.

Qəzet ESA-nın mətbuat katibi Natalya Sarcanyandan şirkət rəhbərliyinin Yerevanın mərkəzi küçəsi Baqramyan prospektində artıq neçə gündür davam edən kütləvi etiraz aksiyası və şirkətin elektrik enerjisi tariflərinin aşağı salması ilə bağlı yeni müraciətlə çıxış edə bilməsi barəsində şərh almağa çalışıb. Lakin N.Sarcanyan sualları cavablandıra bilməyəcəyini bildirib: "Y.Bibin Moskvada əsas şirkətin direktorlar şurasının iclasında iştirak edir. O ezamiyyətdədir və nə vaxt geri qayıdacağını bilmirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti