Azərbaycan, Bakı, 25 iyun /Trend/
Yerevanın Baqramyan prospektində elektrik enerjisi tariflərinin bahalaşmasına qarşı davam edən aksiyanın iştirakçıları Ermənistanın Baş naziri Ovik Abramyanın magistralda hərəkətin bərpası ilə bağlı çağırışına əməl etmək niyyətində deyillər.
Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.
"Oğurluğa yox!" ictimai təşəbbüs qrupunun üzvü, nümayişlərin fəal iştirakçısı Vaqinak Şuşanyan "Azatutyan" radiosuna ("Azadlıq" radiosunun Ermənistan xidməti) müsahibəsində bildirib: "Abramyanın bəyanatı bizim üçün heç bir əhəmiyyət daşımır".