...

Sarkisyan rusiyalı nazirlə Yerevandakı etirazları müzakirə edib

Dünya xəbərləri Materials 27 İyun 2015 12:26 (UTC +04:00)
Yerevandakı oturaq aksiya bəzi ekspertlərin bu nümayişlərin antirusiya əhval-ruhiyyəli olması ilə bağlı təxminlərinin mənasızlığını sübut edir.
Sarkisyan rusiyalı nazirlə Yerevandakı etirazları müzakirə edib

Azərbaycan, Bakı, 27 iyun /Trend/

Yerevandakı oturaq aksiya bəzi ekspertlərin bu nümayişlərin antirusiya əhval-ruhiyyəli olması ilə bağlı təxminlərinin mənasızlığını sübut edir. Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu Prezident Serj Sarkisyan ötən gün Yerevanda Rusiyanın nəqliyyat naziri Maksim Sokolovla görüşündə deyib.

S.Sarkisyan bildirib: "Erməni dramının inflyasiya səviyyəsini və istehsal edilən enerjinin maya dəyərinin artmasını nəzərə alaraq xalq tərəfindən alqışlanmayan addımı məcburi atdıq".

Onun sözlərinə əsasən, hökumətlərarası komissiya ekspert və vətəndaş cəmiyyətinin nümayəndələrini cəlb etməklə "Ermənistanın elektrik şəbəkələri" şirkətinin auditini aparmaq imkanını nəzərdən keçirməlidir.

M.Sokolov isə deyib ki, hökumətlərarası komissiyanın himayəsi altında bütün maraqlı şəxslərin nümayəndələrini cəlb etməklə şirkətin fəaliyyətinin auditi aparılacaq.

Lakin etirazçılar auditi cüzi addım adlandırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti