...

Barak Obama: İran üçün nüvə silahına gedən bütün yollar bağlanacaq (ƏLAVƏ OLUNUB-2)

Dünya xəbərləri Materials 14 İyul 2015 16:40 (UTC +04:00)
"İran 98 faiz zənginləşdirilmiş urandan imtina edəcək".
Barak Obama: İran üçün nüvə silahına gedən bütün yollar bağlanacaq (ƏLAVƏ OLUNUB-2)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 16:23-də yayılıb)

Azərbaycan, Bakı, 14 iyul /Trend/

"İran 98 faiz zənginləşdirilmiş urandan imtina edəcək".

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bunu ABŞ Prezidenti Barak Obama deyib.

B.Obama qeyd edib ki, İran "altılıq"la sazişə əməl etməlidir, əks təqdirdə sanksiyalar yenidən qüvvəyə minəcək.

Onun sözlərinə görə, İran üçün nüvə silahına bütün yollar bağlanacaq.

Prezident əlavə edib ki, nüvə proqramı ilə bağlı Tehranla əldə olunmuş razılıq ABŞ və İran arasındakı bütün fikirayrılığını həll etməyəcək: "ABŞ "terrorizmə dəstək", insan hüquqlarının pozulması və ballistik raketlərin hazırlanması proqramı ilə əlaqədar İrana qarşı sanksiyaları saxlayacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti