Azərbaycan, Bakı, 27 iyul /Trend/
Yerevan polisi elektrik enerjisi tariflərinin artırılmasına qarşı çıxan "Ayağa qalx, Ermənistan" hərəkatının Respublika meydanında 72 saatlıq oturaq aksiya keçirməsinin qarşısını almağa çalışır.
Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, polis əməkdaşları canlı sədd yaradaraq etirazçılara meydana doğru irəliləməyə imkan vermirlər.
Qeyd edək ki, "Ayağa qalx, Ermənistan" hərəkatı avqustun 1-dək qərarın ləğv edilməsini tələb edir. Onlar tələbləri yerinə yetirilməyəcəyi təqdirdə etiraz aksiyalarını davam etdirmək, əsas magistral yolları bağlamaq niyyətindədirlər.