Məlumat yenilənib (ilk xəbər saat 09:43-də yayılıb)
Azərbaycan, Bakı, 2 avqust /Trend/
Türkiyənin Ağrı vilayətində polis bölməsinin yaxınlığında partlayış baş verib. Bu barədə Trend Anadolu agentliyinə istinadən xəbər verir.
Partlayış nəticəsində 2 nəfər həyatını itirib, 31 nəfər yaralanıb.
Daha öncə 2 nəfərin öldüyü və 24 nəfərin yaralandığı barədə məlumat verilirdi.
Qeyd olunur ki, posil bölməsinin yaxınlığında 2 tona yaxın partlayıcı maddələrlə dolu olan traktor partlayıb. Hadisə yerli vaxtla 03:00-da baş verib.