...

Almaniya-Avstriya sərhədində pasport yoxlanışı başlayıb

Dünya xəbərləri Materials 14 Sentyabr 2015 07:17 (UTC +04:00)
Almaniya miqrant axınının öhdəsindən gəlmək üçün bu gecədən etibarən Avstriya ilə sərhəddə nəzarət xidməti tətbiq etməyə başlayıb
Almaniya-Avstriya sərhədində pasport yoxlanışı başlayıb

Azərbaycan, Bakı, 14 sentyabr /Trend/

Almaniya miqrant axınının öhdəsindən gəlmək üçün bu gecədən etibarən Avstriya ilə sərhəddə nəzarət xidməti tətbiq etməyə başlayıb.

Trend "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, yüzlərlə polis əməkdaşının iştirakı ilə pasportların yoxlanışı davam edir.

Almaniya rəsmiləri bu addımın müvəqqəti xarakter daşıdığını bildiriblər.

Dublin razılaşmasına əsasən iddiaçı sığınacaq üçün ilk daxil olub qeydiyyatdan keçdiyi ölkədə müraciət edə bilər. Bu səbəbdən də əksər mühacirlər Almaniyaya üz tutmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti