Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyə Rusiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin ölkənin hava məkanını təkrar pozmasına yol verməyəcək. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Belçikaya səfər zamanı mətbuat konfransında deyib.
O, qeyd edib ki, Türkiyə sərhədlərinin istənilən pozuntusu NATO-nun sərhədlərinin pozulması deməkdir: "Güman edirəm ki, Rusiya Türkiyə ilə əlaqələri korlamaq istəməyəcək".
Prezidentin sözlərinə görə, Rusiya Türkiyəni itirsə, çox şeyi də itirəcək.