Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir Rufiz Hafizoğlu/
Zərurət yaranarsa, Türkiyədə "Twitter" sosial şəbəkəsinə giriş bloklaşdırıla bilər. Trend-in "TGRT" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin sabiq nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri Lütfi Əlvan deyib.
L.Əlvan bildirib ki, təəssüf ki, bəzi terror təşkilatları sosial şəbəkələrdən öz məqsədləri üçün istifadə edirlər.
Qeyd edək ki, 106 nəfərin ölümü ilə nəticələn Ankara terror aktından iki gün əvvəl "Twitter"in bəzi istifadəçiləri akkauntlarında yazmışdılar ki, Ankarada güclü partlayış olacaq.