...

Türkiyənin cənub-qərbində zəlzələ olub

Dünya xəbərləri Materials 24 Oktyabr 2015 02:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 oktyabr /Trend/

Türkiyənin cənub-qərbində yerləşən İzmir vilayətində Rixter cədvəli üzrə 3,9 bal gücündə zəlzələ olub.

Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Milliyet" qəzeti xəbər yayıb.

Zəlzələ yerli vaxtla saat 21:29-da baş verib.

Zəlzələnin ocağı yerin 7 km dərinliyində yerləşib.

İlkin məlumatlara görə, dağıntı və tələfat yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti