Bakı. Trend:
"A321" təyyarəsinin göyərtəsində uçuş zamanı əldəqayırma partlayıcı qurğu işə düşüb.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Federal Xidmətinin rəhbəri deyib.
Onun sözlərinə görə, partlayıcının gücü 1 kiloqtam tratil ekvivalentində olub: "Şəxsi əşyaların və təyarənin elementlərinin araşdırılması, ekspertizalar təyyarədə partlayıcı maddənin olduğunu üzə çıxarıb. Nəticədə təyyarə havada dağılıb. Təyyarənin füzelyajının hissələrinin uzaq məsafələrə səpələnməsini bununla izah etmək olar".
Qeyd edək ki, oktyabrın 31-də Rusiyaya məxsus "Airbus-321" təyyarəsinin Misirdə qəzaya uğrması nəticəsində 217 sərnişin və yeddi ekipaj üzvü həlak olmuşdu.