...

İranın Baş Prokurorluğu kredit borcu olan 570 nəfər haqqında göstəriş verib

Dünya xəbərləri Materials 21 Noyabr 2015 20:01 (UTC +04:00)

İran, Tehran. Təmkin Cəfərov - Trend:

Banklardan kredit götürən və vaxtında ödəniş etməyənlərin sənədləri prokurorluğa təqdim edilməlidir. Borclu olanlardan bəzisi kreditləri ödəməsinlər deyə müflisləşdiklərini elan edirlər. Bunu İranın Baş Prokroru Seyyid İbrahim Rəisi bu gün ölkə banklarının rəisləri ilə keçirdiyi görüşdə deyib.

Trend-in Mehr agentliyininə istinadən verdiyi xəbərə əsasən, Rəisi deyib ki, hazırda banklara borcu olan və kreditləri vaxtında ödəməyən 570 nəfər var. O, həm də borcu olan şəxslər haqqında bütün məlumatları, o cümlədən kreditin həcmi, gecikmənin müddəti və digər məlumatların prokrorluğa təqdim edilməsini tələb edib.

Rəisi banklar kredit verərkən, kredit götürənlərin ödəmə qabiliyyətinin ciddi araşdırlmasını istəyib. "Qeyri-qanuni fəaliyyət göstərən maliyyə müəssisələri ölkənin bank və pul sisteminə uyğyunlaşmalıdır. Onlar Mərkəzi Bankdan fəaliyyət göstərmək üçün lisenziya almalıdır, və yaxud həmin müəssisələr bağlanmalıdır, üçüncü bir yol yoxdur", deyə Baş Prokuror bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti