...

Ərdoğan istefaya getməyə hazırdır

Dünya xəbərləri Materials 27 Noyabr 2015 11:54 (UTC +04:00)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Rusiya Türkiyənin "İslam dövləti" terror təşkilatından neft aldığını sübut edə bilsə, istefaya gedəcək. Bu barədə Trend "Hürriyət" qəzetinə istinadən məlumat verir.

Onun sözlərinə görə, Türkiyə ilk növbədə Rusiya nefti alır və Moskva bu barədə bilir: "Əgər Rusiya Türkiyənin terrorçulardan neft aldığını hesab edirsə, bunu təsdiq etməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti