...

Sofiya aeroportunda partlayış həyəcanı

Dünya xəbərləri Materials 1 Dekabr 2015 17:46 (UTC +04:00)
Bolqarıstanın paytaxtı Sofiyada aeroport ərazisində içərisində patlayıcı qurğu olan avtobus aşkarlanıb.
Sofiya aeroportunda partlayış həyəcanı

Bakı. Trend:

Bolqarıstanın paytaxtı Sofiyada aeroport ərazisində içərisində patlayıcı qurğu olan avtobus aşkarlanıb.

Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, xüsusi xidmət orqanları hadisə yerində işləyirlər.

Avtobus aeroportun birinci terminalı ərazisində aşkar edilib. Buna görə də terminaldakı insanlar təxliyə edilib.

Aeroport fəaliyyətini davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti