...

Türkiyə apelyasiya məhkəməsi “erməni-türk dostluğuna” qarşı qərar verib

Dünya xəbərləri Materials 22 Dekabr 2015 16:46 (UTC +04:00)

Bakı - Trend:

Qarsdakı "erməni-türk dostluğu" abidəsini qorxunc adlandırdığı üçün məhkəməyə verilərək 10 min türk lirəsi təzminat ödənilməsi tələb edilən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan apelyasiya məhkəməsində qalib gəlib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin Haber7 qəzeti məlumat verib.

Məlumata əsəsən, Türkiyə apelyasiya məhkəməsi Ərdoğan əleyhinə olan qərarı ləğv edib.

2011-ci ildə hazırkı prezident sabiq Baş Nazir Qarsa səfəri zamanı "erməni-türk dostluğu" abidəsini qorxunc adlandırmışdı.

Sonra abidənin memarı Mehmet Aksoy məhkəməyə müraciət edərək Ərdoğandan onun əl işini təhqir etdiyi üçün təzminat tələb etmişdi.

Qarsdakı "erməni-türk dostluğu" 2011-ci ilin sonunda sökülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti