...

Korrupsiyaya ittiham olunan Çinin ən iri aviaşirkət başçısı işdən qovuldu

Dünya xəbərləri Materials 3 Fevral 2016 11:57 (UTC +04:00)
Sərnişin daşımalarında Çinin ən böyük aviaşirkətlərindən sayılan China Southern Airlines-ın baş direktoru Sı Syanmin vəzifəsindən kənarlaşdırılıb və Çin Kommunist Partiyasının (ÇKP) sıralarından çıxarılıb.
Korrupsiyaya ittiham olunan Çinin ən iri aviaşirkət başçısı işdən qovuldu

Bakı. Elçin Hüseynov - Trend:

Sərnişin daşımalarında Çinin ən böyük aviaşirkətlərindən sayılan China Southern Airlines-ın baş direktoru Sı Syanmin vəzifəsindən kənarlaşdırılıb və Çin Kommunist Partiyasının (ÇKP) sıralarından çıxarılıb. Bu barədə Trend TASS agentliyinə istinadən xəbər verir.

ÇKP-in İntizam üzrə Mərkəzi Komissiyasının məlumatında bildirilir ki, Sı Syanmin korrupsiyada ittiham olunur.

Komissiyanın məlumatında bildirilir ki, şirkət rəhbəri "üçüncü şəxslərin xeyrinə vəzifəsindən sui-istifadədə, hədiyyə qismində bahalı əşyaları qəbul etmə" kimi məsələlərdə ittiham olunur. Sı Syanmin "siyasi intizamı ciddi şəkildə pozurdu", korporativ vəsaitlər hesabına şəxsi qolf oyunlarıını odəyirdi və qohumlarının sahibkarlıq fəaliyyətinə himayədarlıq edirdi.

China Southern Airlines daşımaların həcmi və aviamarşrutların istiqamətlərinə görə Çində birinci yerdədir. Şirkət hər gün dunyanın 40 ölkəsinə iki mindən artıq uçuşlar yerinə yetirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti