...

"Wikileaks"in qurucusu Britaniya polisinə təslim ola bilər

Dünya xəbərləri Materials 4 Fevral 2016 11:57 (UTC +04:00)

Bakı. Elçin Hüseynov - Trend:

"Wikileaks" saytının qurucusu Culian Assanj sığınacaq aldığı Londondakı Ekvador səfirliyindən çıxıb cümə günü Britaniya polisinə təslim olacağını istisna etmir.

Bu barədə C.Assanj Twitter-dəki WikiLeaks-in saytında bəyan edib.

Trend Reuters-ə istinadən xəbər verir ki, C.Assanj öz səhifəsində bunları yazır: "Sabah BMT Böyük Britaniya və İsveçə qarşı qaldırdığım işi uduzduğumu açıqlasa, cümə günü səfirlikdən çıxıb Britaniya polisinə təslim olmağa razılaşmalıyam. Çünki bundan sonra şikayət etməyin perspektivi də olmayacaq. Amma mən qalib gəlsəm və dövlət tərəfinin qanunsuz hərəkət etdiyi təsdiqini tapsa, dərhal pasportumun geri verilməsini və məni saxlamaq cəhdlərinə son qoyulmasını gözləyirəm".

Qeyd edək ki, İsveçdə cinsi zorakılıqda ittiham edilən C.Assanj 2015-ci il iyunun 19-da Londondakı Ekvador səfirliyində sığınacaq tapıb. C.Assanjın İsveçə ekstradisiyası məsələsi Böyük Britaniya, Ekvador və İsveç arasında diplomatik gərginlik yaradıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti