...

İsrail və Türkiyə əlaqələrini bərpa etmək niyyətindədir

Dünya xəbərləri Materials 12 Fevral 2016 12:02
İsrail Türkiyə ilə ikitərəfli münasibətlərinin yaxşılaşmasına dair danışıqlarda tərəqqinin olduğunu bəyan edib.
İsrail və Türkiyə əlaqələrini bərpa etmək niyyətindədir

Trend-i buradan izləyin

Bakı. Elçin Hüseynov - Trend:

İsrail Türkiyə ilə ikitərəfli münasibətlərinin yaxşılaşmasına dair danışıqlarda tərəqqinin olduğunu bəyan edib. Trend RİA Novosti-yə istinadən xəbər verir ki, İsveçrədə keçirilmiş danışıqların nəticəsi kimi, müzakirələrin yeni raundu haqqında razılıq əldə olunub.

İsrail baş nazirinin rəsmi nümayəndəsi Ofer Qendelman bəyan edib ki, danışıqlarda tərəqqi əldə olunub: "Amma bəzi məsələlər hələ ki açıq olaraq qalıb. Bu məsələlər yaxın vaxtlarda keçiriləcək görüşdə müzakirə mövzusu olacaq".

Kecən ilin sonunda mətbuatda İsrail və Türkiyə münasibətlərinin normallaşmasına dair saziş layihəsinin hazırlandığı haqqında məlumatlar dərc olundu. Layihə iki ölkələrin səfirlərinin geri qaytarılmasını və qaz daşınmalarının bərpasını da nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti