...

"Lada"lar bahalaşır

Dünya xəbərləri Materials 15 Fevral 2016 17:44 (UTC +04:00)
Rusiyanın “AvtoVAZ” şirkəti fevralın 15-dən etibarən "Lada" avtomobil modellərinin qiymətini artırır.
"Lada"lar bahalaşır

Bakı. Elçin Hüseynov - Trend:

Rusiyanın "AvtoVAZ" şirkəti fevralın 15-dən etibarən "Lada" avtomobil modellərinin qiymətini artırır. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

Şirkət yeni "Vesta" və "Xray" modellərindən başqa, bütün avtomobillərinin qiymətlərini orta hesabla 5% artırıb.

Qeyd edək ki, ötən il ərzində "AvtoVAZ" avtomobillərin qiymətlərini 4 dəfə artırıb. Son dəfə 3 faiz bahalaşma sentyabr ayında qeydə alınıb və "Lada Granta", "Lada Kalina", "Lada Largus" və "Lada 4x4" kimi modelləri əhatə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti