Bakı. Elçin Hüseynov - Trend:
"Wikileaks" saytının qurucusu Culian Assanjın vəkilləri onun barəsindəki həbs qərarının ləğv edilməsi ilə bağlı İsveç məhkəməsinə müraciət ediblər. Bu barədə Trend Reuters-ə istinadən məlumat verir.
Xatırladaq ki, fevralın 5-də BMT-nin işçi qrupu Londondakı Ekvador səfirliyində sığınacaq tapan C.Assanjın azadlıqdan məhrum edilməsinin qeyri-qanuni hesab olunması barədə qərar qəbul edib. BMT-nin bəyanatında qeyd edilir ki, Wikileaks-in qurucusu C.Assanj İsveç və Böyük Britaniya tərəfindən qeyri-qanuni şəkildə azadlıqdan məhrum edilib.
İsveçdə cinsi zorakılıqda ittiham edilən C.Assanj 2015-ci il iyunun 19-da Ekvadorun Londondakı səfirliyində sığınacaq tapıb.
C.Assanjın İsveçə ekstradisiyası məsələsi Böyük Britaniya, Ekvador və İsveç arasında diplomatik gərginlik yaradıb.