...

Nyu-York dünyanın 80 istedadına yaşayış üçün viza verəcək

Dünya xəbərləri Materials 24 Fevral 2016 14:20 (UTC +04:00)
Nyu-York rəhbərliyi ABŞ-ın ali məktəbləri ilə birgə yeni layihə həyata keçiriləcəyi barədə açıqlama verib.
Nyu-York dünyanın 80 istedadına yaşayış üçün viza verəcək

Bakı. Elçin Hüseynov - Trend:

Nyu-York rəhbərliyi ABŞ-ın ali məktəbləri ilə birgə yeni layihə həyata keçiriləcəyi barədə açıqlama verib.

Proqram çərçivəsində 80 yüksək qabiliyyətli və orijinal ideyalı əcnəbi sahibkar H-1B vizasını əldə edərək New York City University və Staten Island College məktəblərində işlə təmin olunacaq.

Bu barədə Trend "Forumdaily.com" portalına istinadən xəbər verir.

Nyu-York rəhbərliyi sözügedən fəaliyyətə dünyadaki istedadlı, yeni maraqlı layihə və startapları təqdim etmək iqtidarında olan insanları cəlb etmək niyyətindədir.

Layihə üzrə 80 qalib bu ali məktəblərin kampuslarında yaşayaraq orada da öz fəaliyyətlərini aparacaqlar. Onların əsas işi tələbələrə məsləhət verməkdən ibarət olacaq.

Proqramın təfərrüatları hələ açıqlanmır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti